AZ

Macarıstan Prezidentin evində yalançı yanğın xəbərdarlığı

BAKI, 24 may. TELEQRAF

Polşanın Baş naziri Donald Tusk Qdanskda Prezident Karol Navrotskinin mənzilində baş verən yanğınla bağlı hökumətin təcili iclasını çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Tusk X-də yazıb: "Daha bir telefon təxribatı! Bu dəfə yanğınsöndürmə idarəsinə Prezident Navrotskinin ailəsinin Qdanskdakı mənzilində yanğın baş verdiyi barədə məlumat daxil olub. Mən nazirlər və təhlükəsizlik xidmətləri ilə daim əlaqə saxlayıram və prezidentə həmrəyliyimi ifadə edirəm. Bu üzdənhökumət iclası çağırmışam".

Tusk vurğulayıb ki, təxribatçıların hərəkətləri dövlətin təhlükəsizliyinə qarşı yönəlib.

Seçilən
55
teleqraf.com

1Mənbələr