Qurban Qurbanov tərəfindən “Qarabağ”ın əsas heyətindən uzalaşdırılan Elvin Cəfərquliyev qışda komandadan ayrılmağa yaxıb olub.
İdmanxeber.az-a verilən məlumata görə, Azərbaycan millisinin üzvü ilə Yunanıstanın “Panathinaikos” klubu maraqlanıb. Hətta tərəflər arasında danışıqlar da baş tutub.
Afina klubunun o dönəmki baş məşqçisi Rafael Benitez Cəfərquliyevin çıxışını çox bəyənirmiş. İspaniyalı təcrübəli mütəxəssis rəhbərlikən israrla müdafiəçinin alınmasını istəyib.
Hətta Yunanıstan təmsilçisi Elvini transfer etmək üçüb kifayət qədər ciddi məbləğdə əməkhaqqı təklif edib. Ancaq azərbaycanlı futbolçu bu təklifi geri çevirib və “Qarabağ”da qalmağı seçib.
Çətin günlər yaşayan təcrübəli müdafiəçi bu günlərdə qərarından peşman olduğunu dilə gətirib. O, bununla bağlı yaxın çevrəsinə danışıb.
Cəfərquliyev Yunanıstanın özü üçün yaxşı fürsət olduğunu bildirib və bundan istifadə etmədiyi üçün heyfislənib.
Xatırladaq ki, “Panathinaikos” bir neçə gün öncə R.Benitezin vəzifəsinə son verib. Cəfərquliyev isə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilib.
İdmanxeber.az