AZ

Almaniya Kuboku da "Bayern"in oldu

Almaniya futbolunda mövsümün ən mühüm qarşılaşmalarından biri olan kubokun final matçı "Bayern Münhen" və "Ştutqart" komandaları arasında baş tutub.

Fanat.Az xəbər verir ki, Berlindəki Olimpiya Stadionunda keçirilən gərgin oyunda Bavyera təmsilçisi rəqibini 3:0 hesabı ile darmadağın edərək kubokun qalibi olub.

Matçın ikinci hissəsində səhnəyə çıxan ingiltərəli super ulduz Harri Keyn het-trikə imza ataraq bu mövsüm çıxdığı 51 rəsmi oyunda vurduğu qolların sayını 61-ə çatdırıb. Bu möhtəşəm qələbə sayəsində Münhen klubu öz tarixində 21-ci dəfə Almaniya Kubokunu muzeyinə aparmağı bacarıb. Mövsümə Super Kubok zəfəri ilə başlayan baş məşqçi Vinsent Kompaninin yetirmələri, Bundesliqada da çempionluq sevinci yaşayaraq daxili arenada dubl ediblər.

Eyni zamanda cari mövsümdə Bundesliqada rəqib qapılarına düz 122 qol vuran komanda, liqa tarixinin bir mövsümdəki ən yüksek qol rekordunu rəsmən yeniləyib.

Seçilən
2
1
fanat.az

2Mənbələr