AZ

"Beşiktaş" onun üçün 45 milyon avro ödəyəcək?

Super Liqada gələn mövsüm mütləq çempionluq hədəfləyən "Beşiktaş" klubu hücum xəttini dünyaca məşhur hücumçu ilə gücləndirmək üçün rəsmi addım atıb.

Fanat.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" "Benfika"nın yunanıstanlı ulduzu Vanqelis Pavlidisi rənglərinə bağlamağa çox yaxındır.

İstanbul təmsilçisi Portuqaliya nəhəngində sərgilədiyi məhsuldar oyunla diqqət çəkən 27 yaşlı mərkəz hücumçusu üçün rəsmi təklifini artıq irəli sürüb. Məlumata görə, "Beşiktaş" rəhbərliyi bu keçid üçün "Benfika"ya 35 milyon avro nağd və əlavə olaraq 10 milyon avro bonuslar daxil olmaqla ümumilikdə 45 milyon avroluq rekord paket təklif edib.

Yunanıstan millisinin də əsas silahı hesab olunan təcrübəli forvardın nümayəndəsi ilə "Beşiktaş" klubunun prezidenti arasında keçirilən rəsmi görüşün müsbət yekunlaşdığı və transferdə son qərarın tamamilə oyunçuya buraxıldığı bildirilir.

Seçilən
3
fanat.az

1Mənbələr