AZ

Mirzoyan Lavrova CAVAB VERDİ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun Qərbin respublikanı "səhv məntiqə" cəlb etməyə çalışması ilə bağlı fikirlərinə cavab verib.

Publika.az News.am-a istinadla xəbər verir ki, Mirzoyan Ermənistanın müxtəlif ölkələrlə tərəfdaşlıq münasibətlərini dəstəklədiyini vurğulayıb.

"Bizim ABŞ və Aİ ilə strateji münasibətlərimiz heç bir halda Rusiyaya qarşı yönəlməyib. Gündəliyimiz şəffafdır və biz tərəfdaşlarımızla müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edirik", - deyə XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, Ermənistanın Qərb tərəfdaşları ilə iqtisadi əlaqələrin gücləndirilməsi, demokratik institutların möhkəmləndirilməsi, rəqəmsallaşma və kibercinayətkarlıqla mübarizə kimi sahələrə diqqət yetirməsinin Moskvada niyə narahatlıq yaratdığını anlamaq onun üçün çətindir. O, Rusiyanın Ermənistanı daha yaxşı başa düşmək üçün səy göstərməli olduğunu istisna etməyib.

"Biz həm dünən, həm də bu gün rusiyalı tərəfdaşlarımızla sağlam və bərabərhüquqlu münasibətlər qurmağa davam edirik. Problemlər yarandıqda, onların həlli yollarını tapırıq", - deyə Mirzoyan əlavə edib.

Seçilən
27
publika.az

1Mənbələr