BAKI, 23 may. TELEQRAF
İran uranın zənginləşdirilməsinin 10 illik dayandırılmasını təklif etməsi ilə bağlı mediada yayılan məlumatları qəti şəkildə təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbə "Tasnim" xəbər agentliyinə bildirib: "Əl-Ərəbiyyə telekanalının İranın 10 il müddətinə 3,6 faizdən yuxarı uran zənginləşdirməsini dayandırmağı təklif etməsi barədə verdiyi xəbər kökündən yanlışdır".
Eyni zamanda, mənbə vurğulayıb ki, hazırkı vəziyyətdə danışıqlar əsasən atəşkəsə yönəlib.
İran agentliyinin həmsöhbəti qeyd edib ki, nüvə məsələsi ilə bağlı heç bir detal müzakirə olunmur.