“Mercedes” komandasının pilotu Corc Rassell Kanada Qran Prisinin sprint yarışında qələbəsini şərh edib və komanda yoldaşı Andrea Kimi Antonelli ilə yaşanan insidenti ayrıca dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.
“Bu, çox yaxşı yarış idi, burada fərq yaratmaq çox çətindir. Görünür, bu trasda rəqibin arxasında yaxın qalmaq asandır, slipstream rejimi isə çox güclü hiss olunur. Kimi Antonelli ilə yaxşı mübarizə oldu. Yarışdan sonra hər ikimizin burada olması sevindiricidir”
Yarışın 5-ci dövrəsində “Mercedes” pilotları arasında insident yaşanıb. Corc Rassell komanda yoldaşının ötmə cəhdinə qarşı aqressiv müdafiə olunub. Nəticədə Kimi trasdan kənara çıxıb, daha sonra mövqeyini itirib və emosional reaksiyalar verib.