AZ

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov İranda həlak oldu

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranov avtomobil qəzasında həlak olub.

Azpost.info bildirir ki, bu barədə XİN mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın İranın  Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən qəzaya düşüb.

“Hörmətli konsulun düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!

AzPost.az

Seçilən
20
29
azpost.info

10Mənbələr