AZ

Rassell Kanada sprintinin qalibi oldu

Bu gün Monrealda yerləşən “Jil Vilyov” adına beynəlxalq avtodromda 2026-cı il mövsümünün Formula 1 üzrə Kanada Qran Prisinin beşinci mərhələsinin sprint yarışı keçirilib.

90deqiqe.Az xəbər verir ki, yarışın qalibi “Mercedes” komandasının pilotu Corc Rassell olub. İkinci yeri “Maklaren”in sürücüsü, hazırkı dünya çempionu Lando Norris tutub. İlk üçlüyü “Mercedes”dən ümumi sıralamanın lideri Andrea Kimi Antonelli tamamlayıb.

Yarışın 5-ci dövrəsində “Mercedes” pilotları arasında insident baş verib: Corc Rassell komanda yoldaşı Kimi Antonellinin ötmə cəhdinə qarşı sərt müdafiə olunub. Nəticədə Antonelli trasdan kənara çıxıb, daha sonra mövqeyini itirib və emosional reaksiyalar sərgiləyib. Komanda rəhbəri Toto Volf vəziyyətə müdaxilə edərək italiyalı pilotu sakitləşdirib.

Formula 1. Kanada Qran Prisi. Sprint:

Corc Rassell (“Mercedes”) — 23 dövrə

Lando Norris (“Maklaren”) +1.272

Andrea Kimi Antonelli (“Mercedes”) +1.843

Oskar Piastri (“Maklaren”) +9.797

Şarl Lekler (“Ferrari”) +9.929

Luis Həmilton (“Ferrari”) +10.545

Maks Ferstappen (“Red Bull”) +15.935

Arvid Lindblad (“Racing Bulls”) +29.710

Franko Kolapinto (“Alpine”) +31.621

Karlos Sayns (“Williams”) +36.793

Liam Louson (“Racing Bulls”) +1:01.344

Qabriel Bortoleto (“Audi”) +1:01.814

Esteban Ocon (“Haas”) +1:04.209

Serxio Peres (“Cadillac”) +1:10.402

Niko Hülkenberq (“Audi”) +1:12.158

Lens Stroll (“Aston Martin”) +1 dövrə

Valtteri Bottas (“Cadillac”) +1 dövrə

Oliver Berman (“Haas”) +1 dövrə

Aleks Albon (“Williams”) +1 dövrə

Pyer Qasli (“Alpine”) +1 dövrə

İsak Haciar (“Red Bull”) +3 dövrə

Fernando Alonso (“Aston Martin”) — yarışı başa vurmayıb (19-cu dövrə)

Seçilən
29
90deqiqe.az

1Mənbələr