AZ

“Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti”ndə Qafqaz TV və Çölçü içtimai birliyidə iştirak edib

ain.az, Bizimyol saytına istinadən bildirir.

22 may 2026-cı il tarixində Qubada keçirilən “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti”ndə Qafqaz TV Müstəqil Televiziya və Radio Şirkəti informasiya tərəfdaşı olaraq iştirak etmişdir.

Çağrı.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin, MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək – QİAD Platformasının birgə təşkilatçılığı ilə keçirilən sammitdə regionlarda biznesin inkişafı, rəqəmsallaşma, innovasiya və yeni əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Tədbirdə Qafqaz TV Müstəqil Televiziya və Radio Şirkətinin rəhbəri Eltən Qədimbəyli, eyni zamanda Çölçü İctimai Birliyi rəhbəri kimi iştirak etmiş, keçirilən görüşlər və müzakirələrdə media, regional inkişaf və ictimai əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparmışdır.

Sammit çərçivəsində təşkil olunan “Regional Expo Quba 2026” sərgisində də Qafqaz TV Müstəqil Televiziya və Radio Şirkəti və Çölçü İctimai Birliyi olaraq iştirak edilmiş, media, tanıtım, yaradıcılıq və ictimai fəaliyyət istiqamətində təqdim olunan xidmətlər sərgi iştirakçılarına nümayiş etdirilmişdir.

Sərgi boyunca sahibkarlar, iş adamları, startap nümayəndələri və müxtəlif qurumlarla yeni əməkdaşlıq imkanları ətrafında görüşlər keçirilmişdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
bizimyol.info

1Mənbələr