AZ

Ronaldo azarkeşlərə səsləndi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo ölkə çempionatındakı qələbədən sonra azarkeşlərə müraciət edib.

Publika.az xəbər verir ki, o, müraciətini sosial şəbəkə hesabında paylaşıb.

"İlk gündən nə istədiyimizi və buna nail olmaq üçün nələrin tələb olunduğunu bilirdik. Biz çalışdıq, mübarizə apardıq və hər məşqdə, hər oyunda əlimizdən gələni etdik. Yol asan deyildi, amma biz bunu birlikdə keçdik", - deyə Ronaldo bildirib.

Çempionatın sonuncu - 34-cü turunda "Əl-Nəsr" öz meydanında "Damak"ı 4:1 hesabı ilə darmadağın edərək 86 xalla turnir cədvəlini birinci pillədə tamamlayıb. Bu, Ronaldonun 2023-cü ildə komandaya qoşulmasından bəri əldə etdiyi ən böyük uğurdur; bundan əvvəl komanda yalnız ikinci yeri tuta bilmişdi.

Matçda Ronaldonun dubl etdiyi qarşılaşmada, digər qolları Sadio Mane və Kinqsli Koman vurublar. Qonaqların yeganə qolunu isə 57-ci dəqiqədə penaltidən Morlay Silla qeydə alıb.

Seçilən
48
publika.az

1Mənbələr