AZ

Sabah müharibə yenidən başlaya bilər

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəni bərpa edib-etməyəcəyi ilə bağlı qərarını, böyük ehtimalla, mayın 24-ü, bazar gününədək verəcək.

Publika.az xəbər verir ki, o, bu barədə "Axios" nəşrinə açıqlamasında danışıb.

Dövlət başçısı qərardan əvvəl Tehranın son təklifini müzakirə etmək üçün öz nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə görüşməyi planlaşdırır.

Bundan əvvəl "Tasnim" agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən tərəflərin bir sıra mübahisəli məsələlərdə irəliləyiş əldə etdiyini xəbər vermişdi. Məsləhətləşmələr Pakistanın vasitəçiliyi ilə davam edir. Bildirilir ki, bəzi məqamlarda irəliləyiş olsa da, bütün fikir ayrılıqları aradan qaldırılmadan yekun razılaşma mümkün deyil.

Seçilən
19
1
publika.az

8Mənbələr