Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.
Aznews.az xəbər verir ki, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub.
Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib.