AZ

"Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm" -Andrey Demçenko

Misli Premyer Liqasinin sonuncu turunda "Zirə" ilə qarşılaşan "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko matçdan sonra mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 3:2 hesablı qələbəni belə şərh edib:

"Qələbə qazanmaq hər zaman xoşdur. Futbol oynamağa çalışdıq. Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm. Qarşımızda yaxşı rəqib var idi. "Zirə" nə istədiyini bilən, çox yaxşı təşkilatlanmış komandadır. Baş məşqçinin işi görünür, topu hara gəldi vurmağa çalışmırlar, futbol göstərməyə çalışırlar. Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim. Biz layiqli qələbə qazandıq. "Zirə"ni üstələməyə çalışdıq. Təssüf ki, bəzi xırda vəziyyətlərdə səhvlər edir, rəqibə şans verirdik. Qapımızda da qol görürdük. Amma daha çox möhkəmlənmək, daha yüksək yerlər üçün daha səliqəli, daha ağıllı futbol oynamaq lazımdır. Topu möhkəm saxlamaq, sadə vəziyyətlərdə rəqibə verməmək lazımdır. Bu gün hardasa bəxtimiz də gətirdi. Son dəqiqələrdə qapımıza penalti təyin edildi. Heç-heçə də ola bilərdi, amma qələbə qazandıq".

Seçilən
1
8
fanat.az

9Mənbələr