AZ

“Araz-Naxçıvan” “Zirə”yə qalib gəldi, mövsümü 6-cı pillədə başa vurdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, “Araz-Naxçıvan” doğma meydanda “Zirə”ni qəbul edib. “SOCAR Polymer Arena”da baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Araz-Naxçıvan” mövsümü 6-cı pillədə tamamlayıb. “Zirə” isə 53 xalla turnir cədvəlində 5-ci yeri tutub.

Turun digər görüşündə “Neftçi” “Kəpəz” üzərində minimal hesablı qələbə qazanıb — 1:0.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün son turu mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekunlaşacaq. Daha əvvəl “Qəbələ” “Şamaxı”nı 3:1, “Sabah” “Turan Tovuz”u 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.

Seçilən
57
1
90deqiqe.az

10Mənbələr