AZ

“Şamaxıda güləş üçün hər cür şərait var”

Şamaxı Güləş Məktəbi 2022-ci ildən fəaliyyət göstərir və burada idmançıların peşəkar şəkildə yetişməsi üçün hər cür şərait yaradılıb.

90deqiqe.Az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev federasiya tərəfindən Şamaxıda təşkil olunan seminardan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbdə uşaqların peşəkar səviyyədə məşq etməsi və gələcəkdə uğurlu idmançı kimi formalaşması üçün müasir imkanlar mövcuddur.

“Şamaxıda güləşin zəngin ənənələri var. Bu bölgə hər zaman istedadlı idmançıları ilə seçilib. Burada beynəlxalq səviyyəli güləşçilər yetişib. Hazırda yaradılan şəraitdən yararlanan uşaqların gələcəkdə böyük uğurlar qazanacağına inanırıq”, - deyə o vurğulayıb.

A.Şirəliyev qeyd edib ki, hazırda məktəbdə 100-dən çox uşaq məşq edir.

O, valideynlərə müraciət edərək uşaqların idmana, xüsusilə güləşə yönləndirilməsinin vacibliyini diqqətə çatdırıb:

“İdman uşaqların həm sağlam, həm də intizamlı böyüməsində mühüm rol oynayır”.

Seçilən
0
3
90deqiqe.az

4Mənbələr