AZ

Çexiya prezidenti Avropanı tənqid etdi, NATO nu Rusiyaya qarşı sərt addımlara çağırdı

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Çexiya prezidenti Petr Pavel NATO-nu Rusiyanın alyansın şərq cinahında davam edən təxribatlarına qarşı daha sərt və qətiyyətli davranmağa çağırıb.

Ölkə.az xəbər verir ki, bu barədə "The Guardian” nəşri Çexiya lideri ilə müsahibənin nəticələrinə əsasən məlumat yayıb.

Keçmiş general və NATO Hərbi Komitəsinin sabiq sədri olan Pavel bildirib ki, Kreml NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin sərhədində hərəkət etməyi öyrənib və bu həddi aşmadan müttəfiqlərin səbrini daim sınağa çəkir.

Petr Pavel deyib: "Rusiya təəssüf ki, xoş dillə danışığı anlamır. Onlar əsasən güc dilini anlayırlar, xüsusilə də bu güc real hərəkətlərlə dəstəklənəndə. Əgər NATO hava məkanının pozulması davam edərsə, pilotsuz və ya pilotlu uçuş aparatlarının vurulması barədə qərar verməli olacağıq".

Nəşr qeyd edir ki, Moskva mütəmadi olaraq hava məkanında təxribatlar törədir və Qara dənizlə Baltik dənizində hərbi gəmilər üzərində təhlükəli uçuşlar həyata keçirir.

Pavelin sözlərinə görə, o, vaxtilə rusiyalı hərbi rəhbərlərdən bu cür davranışların səbəbini soruşduqda, cavab belə olub: "Çünki bunu edə bilirik".

Çexiya prezidenti hesab edir ki, Kremlə bu cür cəsarətli davranış imkanı məhz müttəfiqlərin zəif reaksiyası nəticəsində yaranıb.

Pavel aqressiv davranışlara qarşı bir sıra tədbirlər də təklif edib. O, internetin məhdudlaşdırılması, bankların qlobal maliyyə sistemlərindən ayrılması və NATO hava məkanını pozan təyyarələrin vurulması kimi sərt addımları mümkün variantlar arasında göstərib.

Çexiya lideri eyni zamanda ABŞ-ni Rusiyaya təzyiqi artırmağa çağırıb. Onun fikrincə, amerikalı danışıqlarçılar Uitkoff və Kuşner daha sərt mövqe nümayiş etdirməli və sanksiyaların ləğvini birbaşa sülh razılaşması ilə əlaqələndirməlidirlər.

Pavel Avropanı da passiv davranışa görə tənqid edib: "Biz əsasən Vaşinqtondan gələcək siqnalları gözləyirik. Əgər öz həll yollarımızı təklif etməsək, zəif və ya çaşqın görünəcəyik".

Çexiya prezidenti bildirib ki, Yaxın Şərqdəki vəziyyət fonunda Rusiyaya iqtisadi təzyiq göstərmək üçün ən uyğun məqam artıq qaçırılıb. Buna baxmayaraq, o, Qərbi Moskvaya qarşı "son bir ciddi sanksiya cəhdi” etməyə çağırıb.

Pavelin fikrincə, Kremlin qarşısında şərt açıq şəkildə qoyulmalıdır: "Əgər sanksiyaların ləğvini istəyirsinizsə və Avropa təhlükəsizliyi məsələlərinin müzakirəsinə başlamaq niyyətindəsinizsə, biz buna hazırıq. Amma əsas şərt atəşkəs və Ukraynada sülh danışıqlarının başlanmasıdır".(qaynarinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
3
olke.az

4Mənbələr