Bakı, 23 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb. “SOCAR Polymer Arena”da baş tutan görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Araz-Naxçıvan” mövsümü altıncı pillədə başa vurub. “Zirə” isə 53 xalla beşinci yeri tutub.
Turun digər oyununda "Neftçi" minimal hesabla "Kəpəz" üzərində qələbə qazanıb – 1:0.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Qəbələ" "Şamaxı"nı 3:1, "Sabah" "Turan Tovuz"u 2:1, "Qarabağ" isə "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub edib.