AZ

Tramp: İranla bir razılaşma və ya onları "cəhənnəmə göndərmək" ehtimalı 50-nin 50-yədir

BAKI, 23 may. TELEQRAF

İranla yaxşı bir razılaşma əldə etmək və ya "onları cəhənnəmə göndərmək" ehtimalı 50-nin 50-dir.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şənbə günü "Axios"a müsahibəsində bildirib.

Tram həmçinin İranın son cavabını müzakirə etmək üçün şənbə günü Stiv Uitkof və Cared Kuşnerlə görüşəcəyini söyləyib.

Tramp yalnız uranın zənginləşdirilməsi və İranın mövcud ehtiyatlarının taleyi kimi məsələləri əhatə edən bir anlaşmaya razı olacağını bildirib:

"Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya mən onlara indiyə qədər olduğundan daha sərt zərbə endirəcəyəm, ya da yaxşı bir razılaşma əldə edəcəyik".

Seçilən
20
teleqraf.com

1Mənbələr