AZ

Rusiya “Naftoqaz”ı BOMBALADI

Ukraynanın dövlət şirkəti “Naftoqaz” Rusiyanın sutka ərzində onun Xarkov və Poltava vilayətlərindəki neft-qaz obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, şirkətin yaydığı məlumatda avadanlıqlara ciddi ziyan dəydiyi və böyük yanğınların qeydə alındığı bildirilir.

Hadisə baş verən ərazilərdəki bütün işçi heyəti dərhal təxliyə olunub və hazırda aidiyyatı qurumlar yerlərdə iş aparır. Bununla belə, “Naftoqaz” rəsmiləri təkrar zərbə təhlükəsi səbəbindən hücumların fəsadlarını hələlik tam qiymətləndirməyin mümkün olmadığını vurğulayıblar.

Musavat.com

Seçilən
86
musavat.com

1Mənbələr