AZ

Acun Ilıcalının komandası Premyer Liqaya yüksəldi

style='margin-bottom:10px;'>

İngiltərə Çempionşipində pley-off mərhələsinin final oyunu keçirilib.

QOL.az xəbər verir ki, elitaya vəsiqə uğrunda həlledici matçda türkiyəli iş adamı Acun Ilıcalının rəhbərlik etdiyi "Hall Siti" "Midlsbro" komandası ilə üz-üzə gəlib. Londonun "Uembli" stadionunda baş tutan qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

23 may

"Hall Siti" - "Midlsbro" - 1:0

Qol: O.Makbörni, 90+5

Bu qələbə sayəsində pley-off mərhələsinin qalibi olan "Hall Siti" gələn mövsüm İngiltərə Premyer Liqasında çıxış etmək hüququ qazanıb. 

Qeyd edək ki, Çempionşipin müntəzəm mövsümünün nəticələrinə əsasən, "Koventri" və "İpsviç Taun" klubları daha əvvəl elitaya yüksəlməyi təmin edib. "Hall Siti" isə pley-off oyunlarının yekununa əsasən Premyer Liqaya vəsiqə əldə edən sonuncu komanda olub.

Seçilən
24
9
teleqraf.com

10Mənbələr