AZ

Acun Ilıcalının komandası hücuma məruz qalıb

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" komandası Çempionşipdə pley-off finalı öncəsi hücuma məruz qalıb.

Sherg.az xəbər verir ki, klubun avtobusuna Londonda hücum edilib.

Hadisə Vembley stadionunda keçiriləcək final matçına gedən yolda baş verib. Məlumata görə, avtobusun üzərinə daş və şüşə butulkalar atılıb, nəticədə nəqliyyat vasitəsinin şüşələri zədələnib.

Hadisə zamanı futbolçuların təhlükəsizliyinin təmin edildiyi və onların planlaşdırılan şəkildə stadion istiqamətində hərəkət edə bildiyi bildirilib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
sherg.az

1Mənbələr