AZ

Mikayıl Cabbarov qızıl medal qazanan idmançını təbrik edib

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Musayevanı təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.

O, U-15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan azərbaycanlı Ü. Musayevanın böyük zəhmət, iradə və qələbəyə inam nümayiş etdirdiyini qabardıb:

"Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq".

 

 

Seçilən
41
5
bakivaxti.az

7Mənbələr