ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son altı həftə ərzində İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində 100 gəminin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, əməliyyatlarda 15 mindən çox ABŞ əsgəri, dənizçisi, dəniz piyadası və hava qüvvələri əməkdaşı iştirak edir.
Həmçinin dörd gəminin sıradan çıxarıldığı və 26 humanitar yardım gəmisinin keçidinə icazə verildiyi qeyd olunub.
ABŞ Mərkəzi Komandanlığı əlavə edib ki, əməliyyatlara 200-dən çox ABŞ hərbi təyyarəsi və döyüş gəmisi dəstək verir.
Bizim.Media