AZ

DÇ öncəsi məşqdə zədələndi, göz yaşlarını saxlaya bilmədi Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu milli komandanın məşqi zamanı zədələnib.

“Qafqazinfo” xəbər verir ki, 2026-cı il FIFA Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən məşqdə futbolçular arasında ikitərəfli oyun zamanı Kerem Aktürkoğlu yerdə qalıb və məşqi davam etdirə bilməyib.

Hadisədən sonra meydançaya daxil olan tibbi heyət futbolçunun dizinə sarğı tətbiq edib. Yeriməkdə çətinlik çəkən Kerem daha sonra komanda yoldaşlarının və əməkdaşların köməyi ilə meydandan çıxarılıb.

Zədə alan milli futbolçunun göz yaşlarını saxlaya bilmədiyi görüntülərə əks olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
3
qafqazinfo.az

4Mənbələr