Şəhid Rufiz Quliyevin atası Telman Quliyev vəfat edib. Bu barədə Metbuat.az-a mərhumun qohumları məlumat verib. Telman Quliyev sabah Cəbrayıl rayonunun Soltanlı kəndində oğlunun məzarı yanında torpağa tapşırılacaq. Qeyd edək ki, Rufiz Quliyev Birinci Qarbağ müharibəsi şəhididir. O, 28 iyun 1992-ci ildə Xocavənd rayonunun Sur kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Səbinə Hüseynzadə / Metbuat.az