AZ

Türkiyə iki ilə 17 milyon evi öz təbii qazı ilə təmin edəcək

Türkiyə 2028-ci ildə 17 milyon mənzilin mavi yanacaq tələbatını öz təbii qazının hesabına ödəyəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "A Haber"in canlı yayımında deyib.

"Qara dənizdə 2028-ci ildə üçüncü faza ilə birlikdə təxminən 17 milyon evin təbii qaz ehtiyacını öz qazımızla ödəyəcək vəziyyətə gələcəyik", - o bildirib.

A. Bayraktar bildirib ki, hazırda Eflani quyusunda kəşfiyyat məqsədilə dərin quyular qazılır: "Buradan da olduqca ümidvarıq".

Seçilən
28
1
ikisahil.az

2Mənbələr