AZ

ABŞ və İsraili qorxudan SSENARİ: Xamenei gedərsə, nə olacaq?

ABŞ və İsrailin siyasi və güc strukturlarında belə bir mübahisə alovlanıb: Müctəba Xameneinin hakimiyyətdən getməsi İran hökumətini zəiflədib xaosa sürükləyəcək, yoxsa əksinə, daha radikal qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaq.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Israel Hayom” qəzeti yazıb.

Nəşrin məlumatına görə, İran hakimiyyəti hələ də vahid idarəetmə strukturu və qərarvermə mərkəzini qoruyub saxlayır.

Hakimiyyətin sükanı arxasında Xamenei ailəsindən bir şəxsin qalması isə İslam Respublikasına sabit hökumət görüntüsünü saxlamağa imkan verir.

Məlumata əsasən, İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi artıq bəzi məsələlərdə, xüsusilə də nüvə dosyesi ilə bağlı daha çevik mövqe nümayiş etdirirlər. Halbuki əvvəllər bu cür yanaşma mümkün sayılmırdı. Bununla belə, onların İran İslam Respublikasının əsas siyasi xəttindən uzaqlaşmaq imkanlarının hələ də məhdud olduğu vurğulanır.

Müctəba Xameneinin hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarları hesab edir ki, onun gedişi İslam Respublikasında varislik böhranına və ciddi siyasi sarsıntılara yol aça bilər. Bu isə daha praqmatik qüvvələrə Qərblə razılaşma əldə etmək üçün vaxt qazandıra bilər.

Lakin bu yanaşmanın əleyhdarları bildirirlər ki, İrana rəhbərlik etməyə hazır “həqiqi mülayim qüvvələr” yoxdur. Onların fikrincə, Xameneinin kənarlaşdırılması nəticədə Barak Obama dövründə imzalanmış nüvə sazişinə bənzər anlaşma ilə nəticələnə bilər ki, İsrail bunu müvəqqəti və uzunmüddətli təhlükələri aradan qaldırmayan razılaşma hesab edir.

Eyni zamanda, Reuters agentliyi yazır ki, İran parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf Tehranda Pakistan ordusunun komandanı Asim Munir ilə görüşüb. O, çıxışı zamanı bildirib ki, İran “milli hüquqlar və suverenlik məsələsində güzəştə getməyəcək”.

Qalibafın sözlərinə görə, atəşkəs dövründə İran silahlı qüvvələri “öz potensialını bərpa edib”.

O xəbərdarlıq edib ki, əgər ABŞ “ağılsızlıq edib müharibəni yenidən başlasa”, nəticələr əvvəlkindən də “daha dağıdıcı və daha acı” olacaq.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla danışıqların “iflas həddində” olduğunu bildirib və hərbi ssenarinin mümkünlüyünü istisna etməyib.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr