AZ

Cəbrayılda ildə 2 milyon ağac tingi yetişdiriləcək

Azvision saytına istinadən ain.az xəbər verir.

Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib. Nazir qeyd edib ki, 2024-cü ilin sonundan başlayaraq Meşələrin İnkişafı Xidməti böyük istixanaların quraşdırılmasına başlayıb: "İndiyə qədər 5 böyük istixana kompleksi quraşdırılıb. Hazırda bu istixanalarda illik təxminən 1 milyon ting yetişdirilir. Mərkəzdə həm müasir üsullarla tinglərin yetişdirilməsi həyata keçiriləcək, həm də regional təlim mərkəzi kimi fəaliyyət göstərəcək. İl ərzində 2 milyon ədəd tingin yetişdirilməsi hədəflənir ki, bu da azad edilmiş ərazilərdə meşələrin yenidən qurulmasına əvəzsiz töhfə verəcək. Eyni zamanda, başlanğıc mərhələsində olan digər alternativ layihələr də mövcuddur," – deyə nazir əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
azvision.az

3Mənbələr