AZ

 “Tüf tüf” timi quruldu: Qurban Bayramında qaçan heyvanlar sakitləşdiriləcək

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Bursa şəhərində Qurban Bayramı zamanı qaçan və aqressivləşən heyvanların tutulması üçün xüsusi komanda yaradılıb.

Sherg.az xəbər verir ki, Yıldırım Bələdiyyəsinin təşkil etdiyi 9 nəfərlik “qurban heyvanı yaxalama timi” 1 baytar həkim və 8 mütəxəssisdən ibarətdir. Komanda qaçan qurbanlıqları “tüf-tüf” adlanan üflənən borular vasitəsilə atılan sakitləşdirici iynələrlə nəzarət altına alacaq.

Baytar həkimlərin sözlərinə görə, bu üsul heyvanların yaralanmasının qarşısını almaq və onları təhlükəsiz şəkildə sahiblərinə qaytarmaq məqsədi daşıyır. Sakitləşdirici təsirin qısa müddətli olduğu və heyvanların tez ayıldığı bildirilib.

Komanda artıq ilk çağırışları gözləyir və bayram boyunca xidmət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
sherg.az

1Mənbələr