AZ

Serbiyada bütün qatar xidmətləri dayandırılıb

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Şirkət hadisənin səbəbini izah etməyib

Serbiyada bütün qatar xidmətləri Bakı vaxtı ilə səhər saat 4:15-dən dayandırılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə “Srbijavoz” Dəmir Yolu Şirkəti məlumat yayıb.

Şirkət hadisənin səbəbini izah etməyib, lakin məlumdur ki, 23 may şənbə günü ölkədə tələbələr və müxalifət tərəfdarları tərəfindən kütləvi etiraz aksiyası keçirilir.

Serbiyalı tələbələr əvvəllər 23 may tarixində Bakı vaxtı ilə saat 19:00-da Belqraddakı Slaviya meydanında 2024-cü ilin noyabr ayında dəmir yolu stansiyasının dam örtüyünün uçması nəticəsində həlak olan 16 nəfərin xatirəsinə böyük etiraz aksiyası elan ediblər.

Kütləvi etirazlar 1 noyabr 2024-cü ildə Novi Sadda baş verən faciədən bəri Serbiyada müntəzəm olaraq baş verir. Həmin vaxt yerli təmir olunmuş dəmir yolu stansiyasının dam örtüyü altında dayanan insanların üzərinə çökübmüş.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
ayna.az

1Mənbələr