AZ

​"İkardidən cavab gözləyirik" -

İstanbulun "Qalatasaray" klubu argentinalı futbolçu Mauro İkardinin xidmətində maraqlıdır. 33 yaşlı hücumçu ən azı 1 il sarı-qırmızılı komandanın şərəfini qoruya bilər. Metbuat.az xəbər verir ki, bu açıqlama ilə "Qalatasaray" prezidenti Dursun Özbək çıxış edib. Özbək İkardi ilə şəxsən görüşdüyünü acıqlayıb: "Mauro İkardi bizim üçün çox qiymətli futbolcudur. Onun sayəsində minlərlə insan "qalatasaray"lı olub. Özü ilə görüşüb danışdıq. Təklifimizi çatdırdıq. İkardi Uzaq Şərqə istirahətə gedib. Qərarını geri qayıdanda açıqlayacaq. İkardidən cavab gözləyirik".

Dursun Özbək "Qalatasaray"ın vəfalı klub olduğunu deyib. O, komandanın uğurlarında xidmətləri olan bütün futbolçuların əməyinin yüksək qiymətləndirildiyini bildirib.

Seçilən
28
metbuat.az

1Mənbələr