AZ

Azərbaycanda milli parkların ərazisi genişləndirilir Nazirdən açıqlama

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeron Milli Parkının ərazisinin genişləndirilməsi və yeni təbiət ərazilərinin mühafizəyə cəlb olunması istiqamətində işlər aparılır.

Milli.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Abşeron Milli Parkının ərazisi su hövzəsinə yaxın sahələri, xüsusilə Xəzər dənizinin sahil hissəsini əhatə edəcək:

"Azərbaycanda 12 milli park fəaliyyət göstərir. Bir çox qoruqlarımız və yasaqlıqlarımız var. Bu fərqli rejimli ərazilərin idarə edilməsi çox mühüm məsələdir. Milli parklarımızın ərazisinin artırılması daha çox insanın təbiətlə tanışlığına xidmət edir, həmçinin xarici qonaqların da marağını artırır.

Biz müxtəlif dövlətlərin aidiyyəti nazirlikləri ilə daim təmasdayıq və ikitərəfli görüşlər keçiririk. Onlar Göygöl kimi təbiətimizin incilərinin adlarını və yerləşdiyi əraziləri yaxşı bilirlər. Azərbaycanda səfirlərlə görüşlər zamanı heyvanat aləminin növlərindən öz ölkələrində olanlarla müqayisə aparılır, bu da turistlərin cəlb olunmasına töhfə verir. Nazirliyin məqsədi ərazilərin sayını və ərazisinin həcmini artırmaqdır," - deyə nazir əlavə edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
news.milli.az

2Mənbələr