AZ

Yuri Vernidub "Kəpəz"lə matçdan sonra nə danışdı?

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Kəpəz” klubu ilə 33-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

“İstəyimizə nail olduq. Hazırda turnir cədvəlindəki mövqeyimiz bizə UEFA Konfrans Liqasında iştirak etmək hüququ verir. Kimin gedib, kimin qalacağına gəlincə, bəzi futbolçuların müqavilələri bitib. Mövsüm başa çatdığı üçün artıq bu işlə daha konkret məşğul olacağıq. Həm avrokuboklarda, həm də növbəti ölkə çempionatında daha yaxşı nəticə göstərmək üçün heyətimizi gücləndirməyə ehtiyac var. “Neftçi” ilə uzunmüddətli layihəyə gəlincə, belə bir təklif olarsa, əlbəttə, düşünərəm. Çünki mən Azərbaycanı, onun xalqını, buradakı insanları səmimiliyinə, qonaqpərvərliyinə görə çox sevirəm və bu gün burada olduğum, bu şəraitdə çalışdığım üçün məmnunam”.

Seçilən
41
1
fanat.az

2Mənbələr