AZ

“Azarkeşlərin qarşısında gözükölgəli olmaq istəmirəm” Azər Bağırov

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli premyer-liqasının 33-cü turunda “Kəpəz” “Neftçi”yə məğlub oldu - 0:1. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konftansında Azər Bağırov jurnalistlərin suallarını cavablayıb.- Mövsümün sonunda gənc oyunçulara şans verdiyim üçün sevinirəm. Öz üzərlərində çalışdılar. Uşaqlar döyüşdü, hər birinə təşəkkür edirəm. Mən komandaya gələndə 6 oyuna 0 xalımız var idi. Komandanı pley-offsuz elitada saxlamaq… Hər kəsə təşəkkür edirəm. - Ən çox bəyəndiyiniz gənclər kimlərdi komandada?- Şahnurla Raulu vurğulamaq istəyərdim. Bu fonda onlarla işləmək çox çətin idi. - Sanki “Kəpəz” rəhbərliyi və azarkeşlər sizə qarşı haqsızlıq edir…- Anlaşılmazlıqlar həmişə olur. “Kəpəz” azatkeşləri futbolu bilirlər. Qalmaq barədə təklif olub.- Təklifdə sizi qane etməyən nə idi?- Olduğum yerdə verdiyim sözün arxasında durmaq niyyətindəyəm. Azarkeşlərin qarşısında gözükölgəli olmaq istəmirəm. - Rəhbərliklə aranız necədi?- Adil Vəliyevlə, Fərman müəllimlə çox yaxşıdı aram. Büdcə məsələsi də var...- Rəhbərlik avrokuboklar istəyir?- Bu məsələnin kökündə başqa mövzular dayanır. Seleksiya, gələnlər, gedənlər… Bunun üçün azı üç il lazımdı. MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
icma.az

2Mənbələr