AZ

Azərbaycan Minifutbol Federasiyası prezidenti millinin üzvləri ilə görüşüb

ain.az, Fanat saytına istinadən bildirir.

Orxan Məmmədov Avropa çempionatına yollanmağa hazırlaşan Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib.

Fanat.Az xəbər verir ki, görüş zamanı komandanın hazırlıq prosesi və qarşıdakı turnirlə bağlı məsələlər müzakirə olunub.

Milli komandanın baş məşqçisi Elşad Quliyev hazırlıq mərhələsi barədə hesabat təqdim edib. O, komandanın təlim-məşq toplanışını uğurla başa vurduğunu və futbolçuların turnirə yüksək motivasiya ilə hazırlaşdığını bildirib.

Federasiya prezidenti Orxan Məmmədov isə çıxışında milli komandaya inandığını vurğulayıb. O, futbolçulara qarşıdakı Avropa çempionatında uğurlu çıxış arzulayıb və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.

Qeyd edik ki, Avropa çempionatı 27 may - 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil olunacaq

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
10
fanat.az

10Mənbələr