AZ

Kaliforniyada onminlərlə insan təxliyə edildi

ABŞ-nin Kaliforniya ştatına bağlı Qarden-Qrouvda yerləşən aviasiya müəssisəsində yanıcı və uçucu kimyəvi maddə olan metil metakrilatla dolu çəndə nasazlıq yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, çəndə sızma və partlayış riski olduğu üçün müəssisənin ətrafında yaşayan 40 min nəfərin təxliyə edilməsinə qərar verilib.

Biri Qarden-Qrouvda, digər ikisi isə qonşu Anaheim və Cypress şəhərlərində olmaqla 3 təxliyə mərkəzi yaradılıb.

Qarden-Qrouvd Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Kraiq Kovey bildirib ki, çəndə sızma baş verərsə, 7 min qallona (26 min 500 litr) qədər zəhərli kimyəvi maddə ətrafa yayıla və ya partlayış baş verə bilər:

“Baş verə biləcək iki hal var, ya çən çatlayaraq sızdıracaq, ya da partlayacaq. Bu isə bizim üçün qəbuledilməzdir”.

O qeyd edib ki, yanğınsöndürənlər partlayışın qarşısını almaq üçün tankı soyutmaq istiqamətində işlərini davam etdirirlər:

“Temperatur hazırda təxminən 61 dərəcədir, ideal temperatur isə 50 dərəcə ətrafındadır”.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, sözügedən kimyəvi maddə plastik istehsalında istifadə olunur və ona məruz qalmaq ciddi tənəffüs problemlərinə səbəb ola bilər.

Seçilən
23
cebheinfo.az

1Mənbələr