AZ

Ərəb ölkələri İrana zərbələr endiribmiş KİV

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı hədəflərə, eləcə də Tehranla əlaqəli İraqdakı şiə silahlı qruplaşmalarına dəfələrlə zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə Associated Press agentliyi region ölkələrinin hökumətlərində çalışan iki nümayəndəyə və bir Qərb diplomatına istinadən məlumat yayıb.

Məlumata görə, vəziyyətlə tanış olan israilli hərbi nümayəndə BƏƏ-nin ən azı bir halda İrana qarşı fəal şəkildə hücum həyata keçirdiyini təsdiqləyib.

Regional hökumət nümayəndələri bildiriblər ki, zərbələr hərbi hədəflərə, o cümlədən raket buraxılış qurğularına və pilotsuz uçuş aparatlarının start meydançalarına yönəlib.

Mənbələrdən birinin sözlərinə görə, Səudiyyə Ərəbistanının hücumları əsasən İraqdakı “Kətaib Hizbullah” silahlı qruplaşmasının sığınacaqlarını hədəf alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
modern.az

1Mənbələr