AZ

Ayxan Abbasovun gözlənilən gedişi reallaşdı

"Şamaxı" baş məşqçisi Ayxan Abbasov yolları ayırıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "aslanlar"ın mətbuat xidməti yayıb.

Müqaviləsinin müddəti başa çatan 44 yaşlı mütəxəssis "aslanlar"la yeni anlaşma imzalamaq istəməyib.

Şamaxı təmsilçisinin yaydığı məlumat belədir:

“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq” - deyə açıqlamada qeyd edilib.

Azərbaycan milli komandasının baş məşqçisi də olan Abbasov 2024-cü ildən “Şamaxı”da işləyirdi.

Seçilən
3
10
fanat.az

10Mənbələr