futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.
Misli Premyer Liqasının XXXIII turunun “Kəpəz” – “Neftçi” oyunundan (0:1) sonra gəncəlilərin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Mövsümün son oyununda gənclərə şans verdik. Onlar bəlkə, gələcəkdə Azərbaycan futbolunun əsas simaları olacaq. Komandaya gələndə 6 oyunluq məğlubiyyətsizlik seriyası var idi. Çətin vaxtda bu işə başladıq. Legioner transferi olmadan komandanı liqada saxlamaq asan iş deyil. Klubdakı hər kəsə təşəkkür edirəm.
– Hansı gənc oyunçuları xüsusi qeyd edərdiniz?
– Şahnur və Raulu fərqləndirərdim. Onlar üzərində diqqət var. Gənclərlə işləmək çox çətinlik yaratmışdı. Bu gün onlara şans vermək
– Adınız “Şamaxı”yla hallanır. Bu məsələyə yekun qoya bilərsiniz?
– Bu haqda danışmaq istəmirəm. Təki hər şey Azərbaycan futbolu üçün uğurlu olsun.
– Gələndən sonra bütün komandalardan xal ala bildiniz. Matçdan sonra azarkeşlər sizə qarşı şüarlar səsləndirdi. Sanki Gəncə camiəsi sizə qarşı haqsızlıq edir…
– Anlaşılmazlıq həmişə olur. Azarkeşlərdən razıyam. Gəncə fanatları futbolu bilirlər, rəhbərliklə də problemim yoxdur. Qalmağımla bağlı təklif də oldu, sadəcə beynimdə bəzi məsələlər var.
– Daha yaxşı təklif aldığınızı dediniz. Nə üçün razılığa gələ bilmirsiniz?
– Olduğum yerdə doğruluğun və verilən sözlərin arxasında durmağın tərəfdarıyam. Yəni sabah büdcə problemi olsa, hansısa sıxıntı yaşayıb, azarkeşlər qarşısında pis olacağam. Bu gün bəlkə, kimlərsə bunu doğru qəbul etməz, amma yüz ölçüb, bir biçəcəm. Səhər yaxşı məşq keçdik,
– “Şamaxı”nın oyununu izləməyiniz düzgün qarşılanmadı…
– Şamaxıda futbola baxmışam, bara getməmişəm ki… Stadionda olmağım normal şeydir. Bunları nəyəsə bağlamaq düzgün deyil. Əvvəlcə komanda ilə məşqimi keçmişəm, sonra Bakıya yola düşmüşəm.
– “Kəpəz” rəhbərliyi ilə münasibətiniz necədir?
– Çox yaxşı. Bəzi məsələlər var ki, gözləyirik. Bilinməyən şeylər olduğu üçün qərar vermək çətinləşir.
– Rəhbərliyin tələbi avrokuboklardır?
– Xeyr. Bu məsələnin kökündə daha böyük mövzular dayanır. Məsələ tək büdcədən deyil, bir komandanı formalaşdırmaq üçün üç il vaxt lazımdır. Çempion olaq, avrokuboklara düşək, amma nəylə?
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.