AZ

Uşaqlarda göz problemləri yaranmasın deyə mütləq bunları edin - Professor

"Planşet, telefon və kompüterdən nəzarətsiz istifadə uşaqların göz sağlamlığı üçün ciddi risk yaradır".
 
Ölkə.Az xəbər verir ki, bunu türkiyəli göz xəstəlikləri mütəxəssisi, professor Sevil Karaman deyib. O bildirib ki, miyopiya (uzaqgörmə problemi) ilə mübarizə üçün sadəcə ekran müddətinin azaldılması kifayət etmir:
 
"Valideynlər ekran vaxtını məhdudlaşdırmağa çalışsalar da, tək bu kifayət deyil. Uşaqların həyat tərzi vərdişləri, genetik meylləri və gündəlik fəaliyyətləri birlikdə nəzərə alınmalıdır. 
Uşaqların gündə ən azı 2 saat açıq havada vaxt keçirməsi lazımdır. Ekrana çəkilmə vaxtı mümkün olduğu qədər 2 saatdan aşağı saxlanılmalıdır. Bundan əlavə, kitab oxumaq və yaxın iş şəraiti düzgün tənzimlənməlidir. 
Göz damcıları, xüsusi eynəklər və kontakt linzalarla miyopiyanın inkişafını ləngidə bilərik. İllik artımın 0,25-0,50 səviyyəsində saxlanılması bizim üçün çox vacibdir".
 
Həkim miyopiyada hər artımın göz sağlamlığı üçün əhəmiyyətli risklər daşıdığını vurğulayıb:
 
"Hər dioptri artımı gözün arxasında meydana gələ biləcək ciddi fəsadların riskini artırır. Bu səbəbdən erkən məlumatlandırma və müntəzəm izləmə böyük əhəmiyyət kəsb edir. Ailələrin bunu bilməsi, uşaqlarını mütəmadi olaraq göz müayinəsinə aparması və gələcəkdə ciddi göz xəstəliklərinin inkişafının qarşısını ala bilər".
 
Billurə
Seçilən
33
1
olke.az

2Mənbələr