“Qarabağ” üç futbolçusu ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə əməkdaşlığa son qoyub. Müqavilə müddəti başa çatan Addai və Şeydayevlə yeni anlaşma imzalanmayıb.
İcarə əsasında komandada çıxış edən Sami Mmae isə məxsus olduğu kluba geri qayıdıb.
Klub hər üç futbolçuya “Qarabağ”da çıxış etdikləri müddətdə göstərdikləri peşəkarlığa və komandanın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.