AZ

“Onlar Nikolu Makronun yanına qovacaqlar”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətini kəskin tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, rusiyalı rəsmi İrəvanın həm Avropa İttifaqına (Aİ) yaxınlaşmaq, həm də eyni zamanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) Rusiyadan ucuz qaz almaq kimi iqtisadi imtiyazlarını qoruyub saxlamaq cəhdlərini sərt ittihamlarla hədəf alıb.

D. Medvedev özünün “X” sosial şəbəkəsindəki rəsmi hesabında mövzu ilə bağlı geniş paylaşım edib.

O, iki stulda eyni vaxtda oturmağa çalışanların ciddi şəkildə zərər görəcəyini vurğulayıb:

“İki stul arasında oturmağa çalışan hər kəs son dərəcə ağrılı şəkildə yerə çırpılmaq riski daşıyır. Görünən odur ki, yaxın vaxtlarda “Nikol” ləqəbli bir şəxs məhz bu addımı atmağa hazırlaşır. O, öz “superdövlətini” israrla Avropa İttifaqına sürükləyir, lakin eyni zamanda Aİİ-də iştirakın gətirdiyi bütün iqtisadi dividentləri və qazancları da tam həcmdə qoruyub saxlamağa can atır”.

Təhlükəsizlik Şurasının sədr müavini Ermənistan rəhbərliyinin Rusiyaya qarşı yürütdüyü siyasəti ikitərəfli oyun adlandırıb:

“İrəvan Moskvadan qaz qiymətlərini dəyişməməyi tələb edir. Onlar hesab edirlər ki, Rusiya Federasiyası rəsmi olaraq ittifaqdan uzaqlaşan və gedən bu “tərəfdaşı” üçün qazın min kubmetrini hazırkı 177,5 dollarlıq güzəştli qiymətlə tədarük etməyə borcludur. Amma unudurlar ki, elə bu ilin may ayında Avropa birjalarında qazın min kubmetrinin qiyməti 570-590 dollar səviyyəsində qərarlaşıb.

Axı hamıya aydındır ki, əgər Ermənistan Avropanın real qaz qiymətlərinə keçid etsə, ölkə əhalisi bu siyasətə dözməyəcək və Nikolu birbaşa Parisə – onun fransız sevimli dostu Emmanuel Makronun yanına qovacaq. Məhz bu səbəbdən də hazırda hər kəsin xoşuna gəlmək üçün hər tərəfə qıvranmaq məcburiyyətində qalıblar. Lakin real dünyada belə şeylər baş vermir”.

Xatırladaq ki, son günlər Paşinyanın ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsindəki kampaniya çıxışları və “xalq get desə, gedərəm” tipli bəyanatları həm Ermənistan daxilində, həm də xaricdə geniş müzakirələrə və ciddi reaksiyalara səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
qafqazinfo.az

2Mənbələr