AZ

Formula 1 pilotu Kanada Qran prisində gəmiriciyə görə qəza törətdi

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Formula-1"in Kanada Qran-prisində qeyri-adi qəza baş verib. "Williams" komandasının pilotu Aleksandr Albon trasda peyda olan dağsiçanına görə qəza keçirib.

Avtosfer.az "Motorsport"nəşrinə istinadən xəbər verir ki, sərbəst yürüşlər zamanı "Williams" komandasının pilotu Aleksandr Albon trasda peyda olan marmota görə qəza törədib.

Albon sürət yığarkən gəmirici qəfil trasa çıxıb. Pilot heyvanı vurduqdan sonra idarəetməni itirib və baryerə çırpılıb. Qəza nəticəsində bolid ciddi zədələnsə də, Albon xəsarət almayıb. Marmot isə tələf olub.

Qəzaya görə yürüş sessiyası təxminən 20 dəqiqəlik dayandırılıb. Sessiyada ən yaxşı nəticəni "Mercedes" pilotu Andrea Kimi Antonelli göstərib. Albon isə 14-cü olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
avtosfer.az

1Mənbələr