AZ

Atam deyirdi ki, istənməyən uşaqsan, məcbur doğulmusan

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Sənətçi İbrahim Tatlısəsin qızı Dilan Çitak keçmişdə atası ilə yaşadığı çətin dövr haqqında ilk dəfə ətraflı danışıb.

Axşam.az xəbər verir ki, Çitak uşaqlıq və gənclik illərində üzləşdiyi maddi çətinlikləri, ata-qız münasibətlərindəki problemləri etiraf edib.

Uşaqlığının və gəncliyinin iqtisadi cəhətdən olduqca çətin keçdiyini deyən Çitak anası ilə bir çox çətinliklərlə mübarizə apardığını söyləyib.

18 yaşına çatanda atasından dəstək aldığını deyən Çitak, bu dövrün onun həyatında əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu vurğulayıb:

"Axı mənim başqa atam yox idi. Düşünürdüm ki, əgər doğulmuşamsa, o, mənə baxmalı idi. Amma atam mənə başqa sözlər dedi: Sən istənməyən bir uşaq idin, anan səni dünyaya gətirib. Mən səni istəmirdim və anana səni dünyaya gətirməməsini dedim. Bu sözlərin təsirindən uzun müddət qurtula bilmədim. Anam heç vaxt pis təkliflərə razılaşmadı. Onunla hər zaman fəxr edirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
3
axsam.az

4Mənbələr