İngiltərə Premyer Liqasında (İPL) mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az sözügedən çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Brunu Fernandeş bütün rəqiblərini qabaqlayıb.
Cari mövsüm bütün turnirlərdə 34 matça çıxan portuqaliyalı futbolçu 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. O, İPL tarixinin assist rekordunu təkrarlayıb. Orta xətt oyunçusu mayın 24-də "Brayton"a qarşı keçirəcəkləri çempionat matçında qol ötürməsi ilə diqqət mərkəzinə düşəcəyi halda, mütləq rekordçu olacaq.
Nihat