ain.az bildirir, Cebheinfo portalına istinadən.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Qərb rəsmilərinin əsassız iddialarından sonra Moskvanın “Luqansk Xalq Respublikası”ndakı bir kollecə yönəlmiş Ukrayna hücumunun baş verdiyi bölgəyə xarici jurnalistlər üçün səfər təşkil edəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Zaxarova “Telegram” hesabında məlumat verib.
"Şərəfini itirmiş Latviya səfiri də daxil olmaqla, Qərb rəsmiləri dünən BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna silahlı qüvvələrinin Starobelskdəki kollecə hücum etmədiyini iddia edərək açıq-aşkar yalanlar yaydılar. Bu səbəbdən, Moskvada akkreditə olunmuş xarici müxbirlərin faciənin yaşandığı bölgəyə səfərini təşkil edirik", - deyə o bildirib.
Zaxarova istehzalı bir şəkildə: "Ümid edirəm ki, BBC və CNN müxbirləri məzuniyyətdə olmazlar", - deyə əlavə edib.
Ukrayna ordusu mayın 22-si səhər erkən saatlarda Starobelsk şəhərindəki Luqansk Pedaqoji Universitetinin Peşə Kollecinin tədris korpusuna və yataqxanasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Hücum zamanı binanın daxilində 14-18 yaşlarında 86 tələbə olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hücum nəticəsində 12 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. 11 tələbə isə hələ də itkin sayılır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.