AZ

CHP-nin taleyi sual altındadır - Türkiyəli ekspertdən ŞOK AÇIQLAMA

“Cümhuriyyət Xalq Partiyasında (CHP) Kılıçdaroğlu və Özəl tərəfdarları arxasında fikir ayrılılıqları daha da dərinləşəcək”.

Bu sözləri türkiyəli siyasi ekspert Hüsamettin İnanç “Cebheinfo.az”-a açıqlamasında CHP daxilində baş verən hazırkı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, CHP-nin parçalanma ehtimalı yüksək görünür:

“İstanbul meri seçiləndən sonra Əkrəm İmamoğlu bələdiyyə resurslarından sui-istifadə etməyə, korrupsiya yollarına və digər qeyri-qanuni işlərə baş vurmağa başladı. Təbii ki, belə bir vəziyyət CHP-nin idarəetmə sisteminə təsir göstərərək Özgür Özelin CHP-nin sədri olmağa imkanı yaratdı.

Bu, həmçinin Əkrəm İmamoğlunun CHP rəhbərliyinə nəzarəti ələ keçirməyə və potensial olaraq, onu prezidentliyə namizəd etməsinə də yol açdı. Lakin CHP içərisində bu kimi hallarla barışmayanlar da oldu.

CHP-nin Hataydakı nümayəndələri bu kimi hallara, eləcə də 2023-ci ilin noyabrında baş tutan qurultayın nəticələrinə etiraz edərək məhkəmədə iddia qaldırdılar.

Uzun təhqiqatlardan sonra məhkəmə etirazın haqlı olduğunu və 2023-cü il qurultayının nəticələrinin CHP üzvlərinin və partiyanın idarəetmə sistemində təmsil olunan şəxslərin iradəsinə zidd olduğunu təsdiqləyərək nəticələrin etibarsız olduğu barədə qərar qəbul etdi”.

Türkiyəli ekspert əlavə edib ki, CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlu partiyanın idarəetmə sistemində ciddi dəyişikliklər aparacaq:

“Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının təklif etdiyi kimi Kılıçdaroğlu dərhal partiyanın qurultayını keçirməyəcək. Əksinə o, öz rəhbər postunu qorumaq üçün partiyanın ölkə boyunca bütün ərazilərdə idarəetmə sistemində kadr dəyişiklikliyi aparacaq. Eyni zamanda Kılıçdaroğlunun müxalifətin də ciddi reaksiyası ilə üzləşəcəyi istisna deyil”.

Hüsamettin İnanç həmçinin CHP-nin parçalanma ehtimalına da toxunub:

“CHP-nin parçalanma ehtimalı yüksək görünür. Qeyd edim ki, Əkrəm İmamoğlu qısaldılmış adı EKİM olan bir partiya qurub. CHP-nin Özgür Özəl tərəfdarı olan üzvləri bu partiyaya keçə bilər. Amma CHP dərin tarixi keçmişə və ölkə daxilində geniş nüfuza malik olduğu üçün CHP öz mövcudluğunu davam etdirəcək. Kılıçdaroğlunun tərəfdarları məhz CHP ətrafında birləşəcək”.

Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

Bununla bağlı Ankara Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu sədr postuna bərpa edilib.

Seçilən
14
cebheinfo.az

1Mənbələr