Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi və ölkənin birpalatalı parlamenti – Məclisin sədri Məhəmməd Baqir Qalibaf Tehranda səfərdə olan Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirlə ayrı-ayrılıqda görüş keçiriblər.
Bizimyol.info xəbər verir ki, bu barədə İran rəsmiləri öz rəsmi “Telegram” kanallarında məlumat yayıblar.
Bildirilir ki, görüşlər Pakistan ordusu komandanının İrana rəsmi səfəri çərçivəsində baş tutub. Lakin tərəflər arasında aparılan danışıqların detalları və gündəlikdə yer alan məsələlər barədə əlavə məlumat verilməyib.
Məlumata görə, Pakistan ordusunun rəhbəri Asim Munir Tehrana İran ilə ABŞ arasında mövcud gərginliyin azaldılması məqsədi daşıyan vasitəçilik missiyası çərçivəsində gəlib. Onun səfəri regionda diplomatik fəallığın artdığı bir vaxta təsadüf edir.
İranın ISNA agentliyi yazıb ki, İslamabadın təşəbbüsü tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına və dialoqun inkişafına yönəlib. Bununla belə, agentlik qeyd edib ki, Asim Munirin Tehrana səfəri hələlik İran və ABŞ arasında ilkin şərtlər əsasında hər hansı razılığın əldə olunması anlamına gəlmir.
Qeyd edək ki, son aylarda Tehran ilə Vaşinqton arasında nüvə proqramı, regional təhlükəsizlik və sanksiyalar məsələləri ətrafında gərginlik davam edir. Pakistan isə regionun mühüm oyunçularından biri kimi tərəflər arasında münasibətlərin yumşaldılması üçün diplomatik təşəbbüslərini artırmağa çalışır.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.