AZ

FIFA referilərimizə təyinat

Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimləri iyun ayında keçiriləcək yoldaşlıq oyunlarına təyinat alıblar.

Apasport.az xəbər verir ki, Əliyar Ağayev Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək matçın baş hakimi olacaq.

Ona yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər.

Digər FIFA referimiz Tural Qurbanov isə Kişineuda Moldova - Bolqarıstan oyununda ədaləti qoruyacaq. Həmin qarşılaşmada yan xətt hakimlərindən biri Cəmil Əliyev olacaq.

Qeyd edək ki, hər iki görüş iyunun 5-də keçiriləcək.

ÇL: Final matçının hakimləri BƏLLİ OLDU

Millimiz yenə məğlub oldu

AL: Finalçılar bəlli oldu - YENİLƏNİB

KL: "Şaxtyor" turnirlə vidalaşdı - YENİLƏNİB

ÇL: Həftənin futbolçusu bəlli oldu

Seçilən
28
apasport.az

1Mənbələr